Tərkibi:
500-800 ml su
1 x.q quru maya
1 ç.q şəkər tozu
Un apardığı qədər (təxmini 1 kq)
Duz
İçlik üçün:
1 kq toyuq içalatı
2-3 ədəd soğan
Duz, istiot
Qızartmaq üçün:
Bitki yağı
Hazırlanması:
Dərin qaba ilıq su, maya və şəkər tozu əlavə edilib 10 dəqiqə saxlanılır.
Duz və un əlavə edilib yumşaq xəmir hazırlanır.
Xəmirin üzərinə sellofan çəkilb isti yerdə mayalanmağa qoyulur. Xəmir iki dəfə mayalandırılır.
Xəmir mayalana qədər içlik hazırlanılır. Toyuğun içalatı yuyulur, ət maşınından keçirilir, tavaya azca su əlavə etməklə qovrulur.
İstəyə uyğun soğan çəkilərək sıxılıb içalata qatılaraq bir yerdə azca qızardılır və ya hazır içliyə qatılıb qarışdırılır.
Duz, istiot vurularaq yaxşı qarışdırılır.
Əvvəlcə əllər yağa batırılır və xəmirdən kiçik hissəcik ayrılır.
Ayırdığımız xəmir əlin içinə gördüyünüz kimi yayılır, içlik qoyub bükülür.
Peraşkilər bol yağın içində bişirilir.
Toyuq içalatı ilə hazırlanan peraşkilərimiz hazırdır.