Qadin.NET / "Çiçək" piroqu (foto resept)

"Çiçək" piroqu (foto resept)

  Tərkibi:

 Xəmir üçün:
 4 stəkan un
1 stəkan ilıq süd
 80 qram "Wellington" ərinmiş kərə yağı
1 ədəd yumurta 
 1 çay qaşığı şəkər tozu
 15 qram maya

 Duz

İçi üçün:

5 ədəd orta ölçülü sürtgəcdən keçirilmiş, qızardılmış kartof
200 qram ağ pendir
Zövqə görə göyərti

Üzəri üçün:

1 ədəd yumurta

 Çörəkotu

 Hazırlanması:

Unu, südü, yağı, yumurtanı, mayanı, şəkər tozunu yaxşıca yoğurub 2 kündəyə ayırırıq.  

Kündələri yayırıq.

Sürtgəcdən keçirilib qızardılmış kartofla pendiri qarışdırıb içlik hazırlayırıq.

       Tavaya kalka sərib yaydığımız xəmiri qoyuruq. Qıraqlarından isə bu formada içlikdən qoyuruq.

 İkinci kündəni də yayıb üzərinə qoyuruq.

Sonra bu formada tən ortadan kəsirik.

Kəsdikdən sonra piroqumuza ulduz formasını veririk.

 Piroqumuzun üzərinə yumurta çəkib, ulduz hissələrini çörəkotu ilə bəzəyirik və bişməyə qoyuruq.

Ulduz piroqumuz hazırdır. Nuş olsun!



22 mart 2014
GO BACK