Qadin.NET / "Naznaz" peraşkisi (foto resept)

"Naznaz" peraşkisi (foto resept)

Tərkibi:

5 st un

1 st ilıq süd

1-2 ədəd yumurta

100-150 qr "Wellington" kərə yağı

3-4 x.q bitki yağı

1 x.q maya

1-2 x.q şəkər tozu

Duz

İstənilən içliklə hazırlaya bilərsiniz.

(Ətlə, kəsmiklə, yəni damaq dadınıza və zövqünüzə uyğun)

Hazırlanması:

Əgər şirin içliklə hazırlayacaqsınızsa, xəmirə 0,5 st şəkər tozu əlavə edin. Ətlə, qiymə ilə, yəni şirin olmayan içliklə hazırlayacaqsınızsa, xəmirə 1-2 x.q şəkər tozu əlavə etmək lazımdır.

Ərzaqlar dərin qaba əlavə edilərək mayalı xəmir hazırlanır və mayalanmağa qoyulur. Mayalanmış xəmiri yenidən yoğurub mayalanmağa qoyuruq.

"Naznaz" peraşkisi (foto resept)

Mayalanmış xəmirdən kiçik hissələrə ayırırıq və azca yayıb içlik qoyaraq şəkildəki qaydada bükürük.

"Naznaz" peraşkisi (foto resept)

Hazırladığımızı yağa batıraraq listə şəkildəki qaydada sıra ilə yığırıq.

"Naznaz" peraşkisi (foto resept)

Gördüyünüz şəkildə yığıb 20-30 dəqiqə saxlayırıq.

"Naznaz" peraşkisi (foto resept)

220 dərəcədə hazır olana qədər sobada bişirilir.

"Naznaz" peraşkisi (foto resept)

Ehtiyatla formadan çıxarıb geniş boşqaba qoyuruq.

"Naznaz" peraşkisi (foto resept)

"Naznaz" soba peraşkimiz hazırdır.

"Naznaz" peraşkisi (foto resept)

Nuş olsun!

                                                                                                         (Tərcümə edilib)

18 fevral 2014
GO BACK