Tərkibi:
3 st.un
3 x/q mayonez
50 qr yumşaldılmış "Wellington" kərə yağı
Qabartma tozu
Duru yağ
Su
Duz
300 qr toyuq əti
Ləvəngisi üçün:
2 st qoz (ət maşınından keçirilmiş)
3 ədəd soğan (ət maşınından keçirilmiş)
Duru yağ
1-2 x/q alça turşusu (duru)
2 ədəd turşu xiyar
Mayonez
Ketçup
Duz
İstiot
Holland pendiri
Hazırlanması:
Xəmiri yoğurub mayalanmağa qoyuruq.
Toyuq ətini xırda doğrayırıb, üzərinə su töküb bişiririk. Suyu quruyandan sonra bir az duru yağ töküb, qovrururuq. Duz və istiot vururuq.
Ləvəngini hazırlamaq üçün qoz və soğanı ət maşınından keçiririk. Soğanı tənzifin içinə töküb, suyunu çıxardırıq. Tavaya duru yağ əlavə edib soğanı qovruruq. Qoz, soğan və turşunu qarışdırıb, duz-istot vururuq.
Sous üçün mayonez və ketçupu qarışdırırıq.
Xəmiri yayıb listin içinə qoyuruq.
Sousu xəmirin üzərinə yayırıq.
Holland pendirini sürtgəcin xırda gözündən keçirib sousun üzərinə səpirik.
Sonra toyuq ətini düzürük.
Ləvəngini tökürük.
Duzlu xiyarı da xırda doğrayıb, tökürük.
Ən sonda yenə holland pendirini sürtgəcin xırda gözündən keçirib səpirik.
180 dərəcəlik sobada bişiririk.
Ləvəngili pizzamız hazırdır.
Nuş olsun!