Qadin.NET / "Çiçək" börəyi (foto resept)

"Çiçək" börəyi (foto resept)

Tərkibi:

4 st un

2 ədəd yumurta

200 q qaymaq

100 q "Wellington" kərə yağı

Yarım stəkan duru yağ

1 x.q maya

Duz

Apardığı qədər süd

İçi üçün:

Soyutma kartof

Keşniş

Şüyüd

Soğan

Duz

İstiot

Üzəri üçün:

1 ədəd yumurta

Küncüt

Hazırlanması:

Ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.

"Çiçək" börəyi (foto resept)

Mayalandıqdan sonra 2 kündəyə bölürük.

"Çiçək" börəyi (foto resept)
"Çiçək" börəyi (foto resept)

İçliyi hazırlamaq üçün soyutma kartofu əzirik, göyərtini xırda-xırda doğrayırıq.

"Çiçək" börəyi (foto resept)

Əzilmiş kartofu, doğranmış göyərtini, soğanı, duz və istiotu qarışdırırıq.

"Çiçək" börəyi (foto resept)

Kündənin birini yayırıq.

"Çiçək" börəyi (foto resept)

Listə kalka kağızı qoyuruq və yağlayırıq.

Yayılan xəmiri listin içinə qoyuruq.

"Çiçək" börəyi (foto resept)

Xəmirin ortasına 1 kasa kartofdan qoyuruq, qıraqlarına da halqa formasında kartof püresini qoyuruq.

"Çiçək" börəyi (foto resept)

İkinci kündəni yayıb kartofun üzərindən qoyuruq, qıraqlarını kəsirik ki, səliqəli olsun.

"Çiçək" börəyi (foto resept)

Börəyin ortasına kasanı qoyuruq. Qıraqlarını 2 barmaq qalınlığında kəsirik.

Çiçəyin ləçəklərini düzəldirik. Bunun üçün kəsilmiş hissələri yan üstə çeviririk.

"Çiçək" börəyi (foto resept)
"Çiçək" börəyi (foto resept)

Çiçəyin ortasına yumurtanın sarısını vurub küncüt səpirik, ləçəklərinə yumurtanın ağını çəkirik.

"Çiçək" börəyi (foto resept)

180 dərəcəli sobada bişiririk.

"Çiçək" börəyi (foto resept)

"Çiçək" börəyimiz hazırdır.

"Çiçək" börəyi (foto resept)

Nuş olsun!nyam

13 fevral 2014
GO BACK