Qadin.NET / Kobeta (foto resept)

Kobeta (foto resept)

Sobada bişirilən bir quru yemək sayılır. Bəzi millətlər bu xəmirin içliyini müxtəlif cür edirlər. Bu dəfə isə tatarların hazırladığı formada, yəni kobetanı sizlərə təqdim edəcəyəm. Verilən ərzaqlar iri, diametri 35 sm olan tava üçündür, tavanız balacadırsa, ərzaqları bir az azaltmaq lazımdır. İçliyi də mütləq soyuq halda əlavə edin.

Tərkibi:

Xəmiri üçün:

11 fincan un

Duz

Su

Lavaşların yağlanması üçün duru yağ

İçlik üçün:

5-6 ədəd kartof

1 ədəd  iri baş soğan

Toyuğun sümüksüz ətləri

Toyuq bulyonu

Duz

İstiot

Sarıkök

Hazırlanması:

Əvvəlcə toyuğun iri sümüklü yerlərini suda qaynadırıq və kəfini yığıb ətləri sudan çıxardırıq. Sonra soğanı doğrayıb yağda qızardırıq, kartofları da xırda-xırda doğrayırıq.

Kobeta (foto resept)

Soğanı qovurduqdan sonra üzərinə sümükdən ayrılmış toyuq ətini və kartofu əlavə edirik, duz, istiot, sarıkökü də qatırıq.

Kobeta (foto resept)

Bir az qovurub üzərinə azca çıxınca su əlavə edirik, fikir vermək lazımdır ki, kartofu azca bişəndə su qalmamalıdır.

Kobeta (foto resept)

İçliyimizi bişirib soyumağa qoyuruq, içlik mütləq soyuq olmalıdır. Xəmirimizi adi qayda ilə yoğururuq, 9 kündəyə ayırıb lavaşlar yayırıq, ancaq lavaş nazik olmalıdır.

Kobeta (foto resept)

Lavaşların 4-nü ayrı, 5-ni ayrı qoyuruq.

Kobeta (foto resept)

5 lavaşın arasını yağlayıb, yumurlayırıq.

Kobeta (foto resept)

Onu da yenə şəkildəki kimi yumurlayırıq və qoyuruq kənara, qalan 4 lavaşı eynən həmin formada edirik.

Kobeta (foto resept)

5 lavaşlı olan qat-qat xəmiri yayırıq və bişirəcəyimiz tavadan qıraqlara bir az çıxardırıq.

Kobeta (foto resept)

İçliyi hər yerinə eyni formada yayırıq və üzərinə 4 lavaşlı qat-qat xəmiri yayıb atırıq.

Kobeta (foto resept)

Ancaq onu qıraqlara çıxarmırıq və qıraqlarını üstünə gətirib bururuq.

Kobeta (foto resept)

250-300 dərəcədə bişiririk.

Kobeta (foto resept)

Kobetamız hazırdır.

Kobeta (foto resept)
Nuş olsun!
8 mart 2014
GO BACK