Tərkibi:
5 ədəd yuxa
500 qram kəsmik
1 stəkan + 2 xörək qaşığı xama
4 ədəd yumurta
1 qədər şüyüd
70 qram "Wellington" kərə yağı
Duz
Hazırlanması:
Əvvəlcə içliyi hazırlayaq.
Kəsmiyin üzərinə 2 ədəd yumurta, 2 xörək qaşığı xama, xırda doğranmış şüyüd və duz əlavə edirik.
İçliyi yaxşı qarışdırırıq.
Kərə yağını əridirik.
Forma qabımızın içərisini kərə yağı ilə yağlayırıq.
1 ədəd yumru yuxanı götürürük və üzərini bol-bol kərə yağı ilə yağlayırıq.
Üzərindən içliyi töküb yayırıq və rulet formasında bükürük.
5 ədəd yuxanı da eyni qayda ilə hazırlayırıq. Yağlanmış formalı qaba düzürük.
Üzərinə tökmək üçün sousu hazırlayırıq.
1 stəkan xamanı 2 ədəd yumurta və duzla qarışdırırıq. Yuxaların üzərinə tökürük.
Piroqu 200 dərəcə sobada 30 dəqiqə bişiririk.
Hazır piroqu qabından çıxarırıq. Bir az soyuyur, sonra doğrayırıq.
Nuş olsun!
(Tərcümə olunub)