Qadin.NET / Pendirli kreker (foto resept)

Pendirli kreker (foto resept)

Pendirli kreker (foto resept)
Tərkibi:

150 q holland pendiri

150 q un

80 q "Wellington" kərə yağı

100 q süd

10 q qabartma tozu

Duz

Hazırlanması:
 Holland pendiri, yağ sürtkəcin iri gözündən keçirilir.

Pendirli kreker (foto resept)
Süd, un, duz və qabartma tozunu əlavə edirik.
Pendirli kreker (foto resept)
Eyni cinsli xəmir halına gəlincə yoğururuq. Ərzaqların miqdarı düzgün olduqda ələ yapışmayan, yumşaq xəmir alınır.
Pendirli kreker (foto resept)
Xəmiri 30 dəqiqə soyuducuda saxladıqdan sonra az un və ya nişasta ilə açırıq.
Pendirli kreker (foto resept)
Qalınlığı təxminən 1 sm olmaqla uzununa doğrayırıq.
Pendirli kreker (foto resept)
Spiral şəklində burub tavaya düzürük.
Pendirli kreker (foto resept)
Əvvəlcədən qızdırılmış sobada 220 dərəcədə 15 dəqiqə bişiririk.
Pendirli kreker (foto resept)
İçi yumşaq, üstü xırçıltılı krekerlər hazırdır. Siz də dadın!
Nuş olsun!
21 yanvar 2014
GO BACK