Qadin.NET / Qat-qat xəmirli rulet börək (foto resept)

Qat-qat xəmirli rulet börək (foto resept)

Tərkibi:

3 və ya 6 ədəd qat-qat xəmir

İçi üçün:

500 q göbələk

250 q qiymə

2 ədəd soğan

1 x.q. "Wellington" kərə yağı

3 diş sarımsaq

Duz

Pul bibər

Yaymaq üçün:

Un

Üzəri üçün:

Yumurta sarısı

Küncüt

Hazırlanması:

Göbələkləri doğrayırıq, tavaya töküb suyu çəkilənə kimi qovururuq. Suyu çəkildikdən sonra 1 x.q. kərə yağı və sürtkəcdən keçirilmiş sarımsağı da göbələyə qatıb yenidən qızarana kimi qovururuq.

Qat-qat xəmirli rulet börək (foto resept)
 
Qat-qat xəmirli rulet börək (foto resept)

Soğanı sürtkəcdən keçirib qiyməyə əlavə edirik, üzərinə su töküb bişməyə qoyuruq.

Qat-qat xəmirli rulet börək (foto resept)

Suyu çəkildikdən sonra duz və pul bibərini əlavə edib qarışdırırıq və soyumağa qoyuruq.

Qat-qat xəmirli rulet börək (foto resept)

Qat-qat xəmiri (xəmirin nazik olmasını istəyirsinizsə, 3 ədəd, əgər qalın istəyirsinizsə, 6 ədəd qat-qat xəmirdən istifadə edin) yan-yana qoyun, un töküb yayın.

Qat-qat xəmirli rulet börək (foto resept)
Qat-qat xəmirli rulet börək (foto resept)

Hazır içliyi - əvvəl göbələyi, sonra qiyməni qat-qat xəmirin qırağına qoyuruq. Və rulet kimi bükürük.

Qat-qat xəmirli rulet börək (foto resept)
Qat-qat xəmirli rulet börək (foto resept)

Üzərinə yumurta sarısı çəkirik və küncüt səpirik, 180 dərəcəlik sobada qızarana qədər bişiririk.

Qat-qat xəmirli rulet börək (foto resept)
Qat-qat xəmirli rulet börək (foto resept)
Qat-qat xəmirli rulet börək (foto resept)

Qat-qat xəmirli rulet börəyimiz hazırdır.

Qat-qat xəmirli rulet börək (foto resept)
Qat-qat xəmirli rulet börək (foto resept)

Nuş olsun!

18 yanvar 2014
GO BACK