Qadin.NET / Qozlu, pendirli peraşki (foto resept)

Qozlu, pendirli peraşki (foto resept)

Tərkibi:

Çörək xəmiri (adambaşına görə təyin edin)

250 qr quru pendir

1  stəkan qoz

1 baş soğan

Duz

Qızartmaq üçün duru yağ

Hazırlanması:

 Pendiri dərin bir kasaya qoyuruq.

Qozlu, pendirli peraşki (foto resept)

İçinə iri qırdığımız qozları, incə-incə doğradığımız soğanı qoyuruq.

Qozlu, pendirli peraşki (foto resept)

Duzunu qoyub qarışdırırıq. Əlimizi una bulayıb, xəmirdən iri qoz böyüklüyündə parça qoparıb ovucumuzda açırıq.

Qozlu, pendirli peraşki (foto resept)
Qozlu, pendirli peraşki (foto resept)

İçinə hazırladığımız içlikdən qoyuruq.

Qozlu, pendirli peraşki (foto resept)

Uclarını birləşdiririk.

Qozlu, pendirli peraşki (foto resept)

Bol qızğın yağda qızardırıq və yağını çəkməsi üçün salfetin üzərinə qoyuruq.

Qozlu, pendirli peraşki (foto resept)

Nuş olsun.

(Tərcümə edilib)

24 dekabr 2013
GO BACK