Tərkibi:
1 paçka qat-qat xəmir
İçi üçün:
250-300 qr qiymə
2-3 ədəd sürtkəcdən keçirilmiş soğan
Duz
Pul bibər
2-3 diş sarımsaq
Üzəri üçün:
2 yumurtanın sarısı
Küncüt
Hazırlanması:
Soğanı sürtkəcdən keçirib qiyməyə əlavə edirik, üzərinə su töküb bişməyə qoyuruq, qovrulana yaxın sarımsağı da sürtkəcdən keçirib əlavə edib bişiririk, bişdikdən sonra ocaqdan götürürük.
Qat-qat xəmirə un töküb yayırıq və qiymədən arasına qoyub rulet kimi bükürük.
Listə kalka kağızı qoyub yağlayırıq və alınan ruleti listin içində bu formada bururuq, qalan xəmirləri də bu formada edirik.
Börəyimizin üzərinə yumurta sarısı vururuq və küncüt səpirik.
180-200 dərəcəlik sobada üzəri qızarana kimi bişiririk.
Qat-qat xəmirli, qiyməli burma börəyimiz hazırdır.
Nuş olsun!