Tərkibi:
4 st.un
1 ədəd yumurta
1 st. ilıq süd
Yarım st. duru yağ
1 x.q. "Wellington" kərə yağı
1 x.q. maya
Duz
İçi üçün:
1 ədəd toyuq filesi
Duz
İstiot
0,5 kq. hazır leço
Üzəri üçün:
Yumurta
Küncüt
"Wellington" kərə yağı
Hazırlanması:
Ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Mayalandıqdan sonra kündələrə bölüb 10-15 dəqiqə yenə mayalandırırıq.
İçliyi hazırlamaq üçün toyuğun filesini ət maşnında çəkirik və duz, istiot vururuq, leçonu da əlavə edib qarışdırırıq.
Kündələri yayırıq, arasına hazır içlikdən qoyuruq və pide formasında bükürük.
Üzərinə yumurta çəkib küncüt səpirik.
180-200 dərəcəlik sobada bişiririk.
Bişdikdən sonra qıraqlarına kərə yağı sürtürük.
Leçolu-toyuqlu pidemiz hazırdır.
Nuş olsun!