Qadin.NET / "Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket poğaça"

Tərkibi:

5 st un

1 st ilıq süd 

1 armudu st. duru yağ

1 ədəd yumurta

1 x.q. maya

Duz

Su

İçi üçün:

300 qr. qiymə

2 ədəd soğan

2 ədəd bibər

1 ədəd "Bizim Tarla" soyulmuş pomidoru

Pulbibər

Duru yağ

Duz

Üzəri üçün:

 Yumurta sarısı

 Küncüt

Hazırlanması:

Ərzaqların hamısını qarışdırıb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

İçi hazırlamaq üçün qiyməni, duru yağı qazana tökürük ,soğanı da doğrayıb qiymənin üzərinə əlavə edirik və qovururuq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

Sonra xırda-xırda doğranmış pomidoru, bibəri, duz və pulbibəri qiymənin üzərinə tökürük və qovururuq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" poğaçanı hazırlamaq üçün xəmirimizdən qoz boyda kündələr hazırlayırıq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

Kündəni əlimizdə açırıq və içinə hazırladığımız qiymədən qoyub bükürük.

"Misket" və "Üzüm poğaça" (foto resept)

Keks üçün olan kalka kağızı keks qabına qoyuruq, 3 kündəni belə yumruladıqdan sonra həmin o kağızın üzərinə yaxın-yaxın qoyuruq,  o biri kündələri də bu formada edirik və yarım saat isti yerdə saxlayırıq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

Sonra üzərinə yumurta sarısı vurub küncüt səpirik və 180 dərəcəlik sobada bişiririk.

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" poğaçamız hazırdır.

"Misket" və "Üzüm poğaça" (foto resept)

Nuş olsun!

"Üzüm" poğaça

Bu poğaçamızın xəmiri və içliyi misket poğaçada olduğu kimidir.

Bundan da qoz boyda kündələr götürürük.

"Misket" və "Üzüm poğaça" (foto resept)
Kündələri əlimizlə açırıq və içinə qiymə qoyub, büküb, yumrulayırıq.

4, 3, 2, 1 - kündələri ard-arda qoyuruq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

Sonra xəmiri  yayırıq, yarpaqlarını kəsirik.

"Misket" və "Üzüm poğaça" (foto resept)

Və üzümün yarpaqlarını da qoyuruq, yarım saat isti yerdə saxlayırıq.

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

Üzərinə yumurta sarısı vurub 180 dərəcəlik sobada bişiririk.

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Misket" və "Üzüm poğaça" (foto resept)

"Üzüm" poğaçamız hazırdır.

"Misket" və "Üzüm poğaça" (foto resept)

Nuş olsun!

23 dekabr 2013
GO BACK