Qadin.NET / Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

 Tərkibi

Xəmir üçün:

Un - 750 q

Su (aparacağı qədər)

Quru maya -10 q

Duz - 1 x.q (dolu olmamalıdır) 

Şəkər - 1 ç.q 

İçlik üçün:

Kartof - 5-6 ədəd

Baş soğan - 2 ədəd

Mal əti - 400 q

Keşniş, şüyüd - hərəsindən yarım dəstə

"Zeytun Bağları" zeytun yağı

Yumurta - 2 ədəd

Xama - 1 x.q

Holland pendiri - 300 q

Hazırlanması:

Əvvəl xəmir yoğrulur və mayalanmağa qoyulur. Daha sonra  çiy kartoflar dörd künc doğranıb yağda qızardılır, qızarandan sonra yağı çəkilsin deyə salfetin üzərinə tökülür.

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Soğanı və göyərtini ayrıca xırdalayırıq.

Soğanı tavada qızardıb üzərinə çəkilmiş əti əlavə edirik və yaxşıca qovururuq, oddan götürəndən sonra göyərtini əlavə edib qarışdırırıq.

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Xəmir listin içinə yayılır və üzərinə yumurta və xama qarışığı tökülür.

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Daha sonra qızardılmış kartof, onun da üzərinə hazırlanmış ət qarışığı tökülür və yayılır. 200 dərəcə isidilmiş sobaya 20 dəq. bişməyə qoyulur, sonra çıxarıb üzərinə sürtgəcdən keçirilmiş holland pendiri tökürük və pendir əriyənə kimi sobada saxlayırıq. 

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Ət piroqu (foto resept)

Nuş olsun.

Ət piroqu (foto resept)
11 dekabr 2013
GO BACK