Tərkibi:
5 st. un
2 ədəd yumurta
1 st. iliq süd
1 st. duru yağ
1 ç/q. duz
1 x/q. maya
İçi üçün:
200 qr ağ pendir
Arası üçün:
"Wellington" kərə yağı
Üzəri üçün:
Yumurta
Küncüt
Hazırlanması:
Ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq, mayalanmağa qoyuruq.
Xəmiri 2 kündəyə bölürük
İçi hazırlamaq üçün pendiri ovuruq (istəyən qiymə ilə də edə bilər, daha dadlı olar)
1 kündəni yayırıq və arasını kərə yağı ilə yağlayırıq və pendiri arasına tökürük. 2-ci kündəni də yayıb pendirin üzərindən qoyuruq, yağlayırıq.
Əldə etdiyimiz iki qatlı xəmiri 16 hissəyə bölürük və rulet kimi bükürük, balaca listə kalka kağızı səririk, yağlayırıq, tavanı və hazırlanan ruletləri tavaya yığırıq. Yarım saat isti yerdə saxlayırıq.
Sonra üzərinə yumurta vurub, küncüt səpirik.
180 dərəcəli sobada bişiririk.
Nuş olsun!