Qadin.NET / Toyuq ətli lahmacun (foto resept)

Toyuq ətli lahmacun (foto resept)

Tərkibi:

5 st. un

Yarım st. "Best Cow" kərə yağı(əridilmiş)

2 x.q. qatıq

1 ç.q. şəkər tozu

2 ç.q. duz

1 x.q. maya

Aparana qədər süd

İçi üçün:

2 toyuğun ağ əti

2 ədəd soğan

1 ədəd pomidor

1 ədəd bibər

1 dəstə cəfəri

3 x.q. acika

Yarım st. su

Duz

Pul bibər

Üzəri üçün:

Limon

Cəfəri

Hazırlanması:

Ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.

Toyuq ətli lahmacun (foto resept)
  
Toyuq ətli lahmacun (foto resept)

Toyuğun ağ ətini və soğanı ət maşınında çəkirik.

Toyuq ətli lahmacun (foto resept)

Pomidor və bibəri sürtgəcdən keçiririk, cəfərini də doğrayırıq və çəkilmiş toyuq ətinin üzərinə tökürük, acika, su, duz və pul bibəri də əlavə edib yaxşıca qarışdırırıq.

Toyuq ətli lahmacun (foto resept)
  
Toyuq ətli lahmacun (foto resept)

Xəmirləri kündələrə bölürük.

Toyuq ətli lahmacun (foto resept)
  
Toyuq ətli lahmacun (foto resept)

Un töküb yayırıq və içlikdən üzərinə əlavə edib yayırıq. Listə qoyub 220-240 dərəcədə 8-10 dəqiqə bişiririk.

Üzərinə limon və cəfəri qoyuruq.

Toyuq ətli lahmacun (foto resept)
  
Toyuq ətli lahmacun (foto resept)
  
Toyuq ətli lahmacun (foto resept)

Toyuq ətli lahmacunlarımız hazırdır.

Toyuq ətli lahmacun (foto resept)

Nuş olsun!

26 aprel 2016
GO BACK