Qadin.NET / Dadlı poğaça (foto-resept)

Dadlı poğaça (foto-resept)

 

Dadlı poğaça (foto-resept)

Tərkibi:
500 qr. un

 2 yumurta
30 qr. yaş maya (1 paket istifadə edə bilərsiniz)
15 qr. duz (1 təpəciksiz xörək qaşığı)
30 qr. şəkər (1,5 xörək qaşığı)
1 su stəkanı ilıq su
 250 qr. "Wellington" kərə yağı 
Üzəri üçün:
1 yumurtanın sarısı
1 çay qaşığı şəkər
İçlik:
250 qr. əzilmiş bərk ağ pendir, 1/4 dəstə doğranmış cəfəri və yaxud zövqə görə çəkilmiş və qovrulmuş ət, göyərti və soğan əlavə etmək olar.

Hazırlanması:
Şəkər, maya və su qarışdırılır, mayalandırılır. Tərkibi üçün lazım olan digər ərzaqlar əlavə edilib xəmir yoğrulur. Xəmir qabarana qədər gözləyirik.

Dadlı poğaça (foto-resept)

Yumurta böyüklüyündə kündələr edilir.
 Edilən kündələrin ortası açılır, içlik qoyulub bağlanılır.

 İçlik arxada qalacaq şəkildə basdırılır (Şəkildə göründüyü kimi).
Qabda bir qədər də mayalandırılır. Üzərinə yumurta sarısı və şəkər qarışığı sürtülür. 200 dərəcədə sobada üzəri qızarana qədər bişirilir.

                Dadlı poğaça (foto-resept)                    

2 oktyabr 2013
GO BACK