Qadin.NET / Kartoflu çörək (foto resept)

Kartoflu çörək (foto resept)

Tərkibi:

1 st ilıq süd

1 st "Zeytun Bağları" zeytun yağı

3 ç.q maya

1 ç.q duz

Apardığı qədər un

Üzərinə vurmaq üçün 1 yumurtanın sarısı

Çörəkotu

İçlik üçün:

Kartof

Qovrulmuş soğan

"Bizim Tarla" tomat pastası

Zövqə görə ədviyyat

Hazırlanması:

Bütün ərzaqlar qarışdırılıb xəmir yoğrulur. Mayalanması üçün xəmiri 15-20 dəqiqə saxlayın.  İçliyi də əvvəlcədən hazırlamaq lazımdır. Bunun üçün qaynadılmış kartofa qovrulmuş soğanı, tomat pastasını əlavə edib, zövqə görə duz, istiot vurub qarışdırırıq.

Xəmir gələndən sonra 4 parçaya ayırın. Hər bir kündəni açın.

Kartoflu çörək (foto resept)

Xəmiri tam açdıqdan sonra  hazırlanan kartoflu içlikdən içinə əlavə edin.

Kartoflu çörək (foto resept)

Qaşığın tərsi ilə içliyi xəmirin hər tərəfinə yayın.

Kartoflu çörək (foto resept)

İçliyi yaydıqdan sonra kənarlardan başlayaraq ortaya doğru bağlayın.

Kartoflu çörək (foto resept)

Xəmirin açıq yeri qalmamalıdır. Buna diqqət edin.

Kartoflu çörək (foto resept)

Xəmiri soba qabına yerləşdirin. Üzərinə yumurta sarısı və çörək otu da vura bilərsiniz.

Kartoflu çörək (foto resept)

175 dərəcə isidilimiş sobada bişiririk. Üzəri qızaranda artıq bişmiş olur.

Kartoflu çörək (foto resept)

Nuş olsun.

Kartoflu çörək (foto resept)
(Tərcümə olunub)
21 dekabr 2013
GO BACK