Qadin.NET / "Muska" börəyi (foto resept)

"Muska" börəyi (foto resept)

Tərkibi:

5 ədəd iri yuxa

200 q ət

3 ədəd kartof 

2 ədəd soğan

1 dəstə keşniş 

 Sousu üçün:

1 st süd

1 armudu stəkan "Zeytun Bağları" zeytun yağı

2 ədəd yumurta

Hazırlanması:

 Əvvəlcə soğanı və kartofu xırda-xırda doğrayıb yağda qovururuq.

 Sonra əti əlavə edib qızardırıq.

Qazın üstündən götürdükdən sonra üzərinə keşniş doğrayıb tökürük.

 Sonra yuxanı uzun-uzun kəsib hazırladığımız sousdan üzərinə çəkirik.

Hazırladığımız içlikdən yuxanın içinə qoyub şəkildəki kimi bükürük.

 Sousdan üzərinə çəkib qoyuruq sobaya, 200 dərəcədə üstü qızarana kimi bişiririk.

Muska böregi hazırdır.

16 sentyabr 2013
GO BACK