Qadin.NET / Şorqoğal (foto resept)

Şorqoğal (foto resept)

Tərkibi:

3 kq un

200 qr əridilmiş kərə yağı 

1 litr süd

3 ədəd yumurta

Maya

Sarıkök

Duz

Razyana

Su

İçi üçün:

250 q əridilmiş, dağ olunmuş kərə yağı

Sarıkök

Razyana

Cirə

Duz, stiot

Aparana qədər un

Arasına sürtmək üçün:

 əridilmiş kərə yağı 

Üzəri üçün:

Yumurta

Küncüt

Hazırlanması:

Unun üzərinə ərzaqları tökürük və yoğururuq (süd ilıq olsun) və mayalanmağa qoyuruq.

Mayalandıqdan sonra 20 ədəd kündəyə bölürük. 1 pors üçün 10 kündədən istifadə edirik.

Un töküb xəmiri yayırıq və taxtanın üzərinə səririk, qıraqlarından tutub genişləndiririk, üzərini yağlayırıq, qalan 9 kündəni də bu formada edirik.

Sonra bu formada kəsirik və bükürük.

İçlik hazırlamaqdan ötrü yağı tavaya töküb əridirik, üzərinə cirə, razyana, duz və istiotu əlavə edirik, aparana qədər un qatıb əlimizlə ovuruq və qazın üzərində qovururuq.

Kəsdiyimiz formaları əlimizlə açırıq, içinə içlik qoyub bükürük və üzərindən basıb qoğalı böyüdürük.

Listə yığırıq və üzərinə yumurta sarısı çəkib küncüt səpirik.

180-200 dərəcəlik sobada bişiririk.

Şorqoğal hazırdır.

Nuş olsun!

13 mart 2021
GO BACK