Qadin.NET / Göbələkli, toyuqlu pizza (foto resept)

Göbələkli, toyuqlu pizza (foto resept)

Tərkibi:

Xəmir üçün:

6 st un

1,5 st az ilıq su

1 st süd

0,5 st "Zeytun Bağları" zeytun yağı

1 ədəd yumurta

2 ç.q. şəkər

2 ç.q. duz

1 paket (10 qr.) instant maya

Xəmirin üstü üçün:

Ketçup

Sarımsaq

Soğan

Göbələk

"Bizim Tarla" soyulmuş pomidor

Qara zeytun

Döş əti

bibər

Holland pendiri

(istəyə görə başqa tərəvəzlər əlavə etmək olar,ölçulər də istəyə görədir)

Hazırlanması:

Xəmir üçün suya şəkər və mayanı qatıb əridirik,daha sonra yağ,süd,yumurta,duz qatıb qarışdırırq. 

Göbələkli, toyuqlu pizza (foto resept)

Daha sonra unu yavaş-yavaş ələyərək yumşaq xəmir yoğururuq. 

Göbələkli, toyuqlu pizza (foto resept)

Xəmirin üzərini streç sellofanla örtüb ən az 6-8 saatlıq soyuducuya qoyuruq. Xəmir soyuducuda 2-3 gün qala bilir. 

Göbələkli, toyuqlu pizza (foto resept)

Xəmirimiz təxminən 2-3 dəfə artdığı zaman hazır sayılır. 

Göbələkli, toyuqlu pizza (foto resept)

İndi isə tərəvəzləri incə dilimlər şəklində doğrayırıq.Döş ətini qaynadıb,didirik.Sarımsağı istəyə görə xırda doğraya da bilərik,əzə də bilərik.Pendiri sürtkəcdən keçiririk. 

Göbələkli, toyuqlu pizza (foto resept)

Xəmiri 4 kündəyə ayırırıq.1-2 sm. qalınlığında yayıb, bolca unlanmış listə qoyuruq.Üzərinə ketçupla sarımsağı qarışdırıb yayırıq. Sarımsaq pizzaya xüsusi ləzzət qatır. 

Göbələkli, toyuqlu pizza (foto resept)

Daha sonra pendirdən azca səpirik. 

Göbələkli, toyuqlu pizza (foto resept)

Ardından soğan,zeytun,bibər,göbələk,toyuq və pomidor düzürük.Aralarına duz və istiot da səpməyi unutmuruq. 

Göbələkli, toyuqlu pizza (foto resept) 

Göbələkli, toyuqlu pizza (foto resept)

Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 15 dəqiqə bişiririk,15 dəqiqə sonra çıxarıb üzərinə bir ovuc dolusu pendir səpirik və yenidən 3-4 dəqiqəlik sobaya qoyuruq. Və ləzzətli əsl italyan pizzamız hazırdır.

Göbələkli, toyuqlu pizza (foto resept)
Göbələkli, toyuqlu pizza (foto resept) 
Göbələkli, toyuqlu pizza (foto resept)
Nuş olsun!
26 may 2013
GO BACK