Tərkibi:
4-5 st. un
1 st. ilıq süd
1 st. duru yağ
2 ədəd yumurta
1 x.q. maya
Duz
İçi üçün:
13 ədəd sosiska
Üzəri üçün:
1 ədəd yumurta
Hazırlanması:
Əvvəlcə unun üzərinə ərzaqları töküb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.


Xəmiri 13 kündəyə bölürük, un töküb yayırıq və sosiskanı içinə qoyub xəmirin hər iki tərəfini bükürük.



Bu formada 8 yerdən kəsirik, sonra xəmirli sosiskanın birini sağa, birini sola edərək bu formanı veririk.


Üzərinə yumurta çəkib 180 dərəcəlik sobada bişiririk.


Sosiskalı peraşkimiz hazırdır.

Nuş olsun.![]()