Qadin.NET / Hörüklü pizza (foto-resept)

Hörüklü pizza (foto-resept)

Tərkibi:

4 st. un

Yarım st. "Zeytun Bağları" zeytun yağı

1 x.q. maya

Duz

Su

İçi üçün:

200 qr. qiymə

200 qr. göbələk

3 soğan

Cəfəri və ya istənilən göyərti

Holland pendiri

"Zeytun Bağları" Zeytun yağı

Sousu üçün:

Sarımsaqlı ketçup

Üzərinə:

Yumurta sarısı

Hazırlanması:

Xəmiri yoğururuq və mayalanmağa qoyuruq. Sonra 2 kündəyə bölürük.

İçini hazırlamaq üçün qiyməni qovruruq, soğanı da doğrayıb yağda qovruruq. Göbələyi də doğrayırıq, suyu quruyana kimi qovururuq. Üzərinə qovrulmuş soğanı və qiyməni əlavə edib qarışdırırıq.

Göyərtini xırda-xırda doğrayırıq və həmin qarışığa əlavə edib qarışdırırıq.

Kündəyə un səpib yayırıq, üzərinə ketçup sürtürük, ətli qarışığdan da ketçupun üzərinə tökürük.

Holland pendirini də sürtgəcdən keçirib ətin üzərinə tökürük.

Xəmirin qıraqlarını kəsirik (hörüyü hörmək üçün) və pizzanı sünbül kimi hörürük.

Üzərinə yumurta sarısı vurub 180 dərəcəlik sobada bişiririk.

Hörgülü pizzamız hazırdır.

Nuş olsun nyam

1 oktyabr 2013
GO BACK