Tərkibi:
3 ədəd yumurta
100 q "Best Cow" kərə yağı(əridilmiş)
200 q xama
1 paçka qabartma tozu
Aparana qədər un
Içlik üçün:
500 q toyuq ciyəri
2 ədəd soğan
1 dəstə şüyüd
Duz, istiot
"Best Cow" kərə yağı
Holland pendiri
Üzəri üçün:
Yumurta sarısı
Küncüt
Hazırlanması:
Əvvəla yağı əridib sonra soyuduruq. Sonra üzərinə yumurta və xamanı əlavə edib qarışdırırıq. Un,qabartma tozu və duzu əlavə edib yumşaq xəmir yoğurmaq lazımdır.
İçini hazırlamaq üçün ciyəri blendrdən keçirib tavaya tökün, sonra soğanı sürtkəcdən keçirib həmin qarışığa əlavə edin, kərə yağı töküb qovurmağa qoyuruq. Bişdikdən sonra şüyüdü doğrayıb ciyərə qatırıq.
Xəmiri 2 kündəyə bölmək lazımdır.
Un töküb yayırıq və arasına ciyər qarışığından tökürük, onun üzərindən də holland pendirini sürtkəcdən keçirib əlavə edirik.
Və rulet formasında bükürük.
O biri xəmiri də bu formada etmək lazımdır. Üzərinə yumurta sarısı çəkirik, küncüt səpirik.
180 dərəcədə sobada bişirmək lazımdır.
Ciyərli ruletimiz hazırdır.
Nuş olsun.