Qadin.NET / Rulet-peraşki (foto resept)

Rulet-peraşki (foto resept)

Tərkibi:

4-5 st.un

1 ədəd yumurta

150 qr. "Wellington" kərə yağı

1 armudu stəkanı "Zeytun Bağları" zeytun yağı

1 st. süd

1 x.q. quru maya

Duz

Su

İçlik üçün:

7-8 ədəd soyutma kartof 

150 qr. ağ pendir

100 qr. holland pendiri

Duz

İstiot

Pul bibər

Üzəri üçün:

1 ədəd yumurta

Küncüt

Hazırlanması:

Unun üzərinə bütün ərzaqları töküb xəmir yoğurub mayalanmağa qoyuruq.


Mayalandıqdan sonra xəmiri 3 yerə bölürük: 2-si eyni boyda, biri balaca.

İçliyi hazırlamaq üçün kartofu əzir, üzərinə ağ və holland pendirini sürtkəcdən keçirir, duz, istiot və pul bibəri qatıb qarışdırırıq.


Peraşkini hazırlamaq üçün 1 kündəni götürürük. Un töküb yayırıq və içliyin yarsını içinə qoyuruq. Rulet formasında bükürük. 


Digər ruleti də eyni qayda ilə hazırlayırıq.

Balaca kündəni yayırıq, bıçaqla uzununa kəsirik.

Rulet-peraşkinin üzərini kəsilmiş xəmirlə bu formada bəzəyirik.

Üzərinə yumurta vurub küncüt səpirik.180 dərəcədə qızdırılmış sobada bişiririk.


Rulet-peraşkimiz hazırdır.

Nuş olsun!

19 avqust 2013
GO BACK