Tərkibi:
100 ml süd
1 ç/q maya
1 ədəd yumurta
2 x/q şəkər tozu
70 qr "Wellington" kərə yağı
400-450 qr un
Duz
İçlik üçün:
600 qr alabalıq filesi
120 qr mozarella pendiri
1 ədəd bolqar bibəri
"Bizim Tarla" soyulmuş pomidoru
Cəfəri
Duz, istiot
Hazırlanması:
Maya süddə həll edilir, yumurta, yağ, şəkər tozu, duz, un əlavə edilir və xəmir hazırlanılır.
Xəmiri sellofona büküb 3 saat soyuducuda saxlayırıq .
Hazır xəmiri dairə şəklində yayıb, üzərinə şəkildə gördüyünüz kimi balıq dilimləri düzülür.
Xəmirin qıraqda qalan hissəsini balığın üzərinə qatlayıb bərkidirik (şəkildəki kimi).
4 sm enində kəsilir, burulub dik "otuzdurulur" (şəkildəki kimi).
Pomidor, bibər doğranılıb, xırda doğranmış cəfəri və duz istiot əlavə edilib qarışdırılır, piroqun orta hissəsinə yığılır, üzərinə pendir dilimi düzülür.
Piroqu 30 dəqiqə saxlayırıq, sonra 180 dərəcədə hazır olana qədər sobada bişirilir. Sobadan çıxarılarkən qıraqlarına kərə yağı çəkilir.
Piroqumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)