Tərkibi:
Lavaş
Toyuğun döş əti
Göbələk
Soğan
Kərə yağı
"Azərduz" yodlu narın xörək duzu, istiot
Holland pendiri
Üzəri üçün:
Yumurta sarısı
Çörəkotu
(Miqdarları yazmıram, kim nə qər istəsə, edə bilər)
Hazırlanması:
Soğan xırda doğranılır, yağda bir az qovrulur.
Sonra üzərinə xırda doğranılmış göbələk əlavə edilir, qovrulur.
Bu arada toyuğun döş əti soyutma bişirilir, göbələyə əlavə edilir, duz, istiot vurulub bir kənara qoyulur.
Sobanın tavası yağlanır, iki ədəd lavaş listə qoyulur, yağlanır.
Daha sonra göbələkli içlikdən hər tərəfinə səpilir, üzərinə yenə lavaş qoyulub yağlanır.
İçlikdən səpilir, onun üzərinə holland pendiri tökülür.
Ən sonda üzərinə lavaş qoyulub yumurta sarısı çəkilir, çörəkotu səpilir. 200 dərəcədə 15 -20 dəqiqə bişirilir.
Budur artıq böyrəyimiz hazırdır. Soyuduqdan sonra doğranıb süfrəyə verilir.
Nuş olsun.