4 stəkan un
Maya
Su
"Azərduz" yodlu narın xörək duzu
İçi üçün:
2 toyuğun döş əti
2 baş soğan
3 pomidor və yaxud kabab olunmuş pomidor
2x.q. bibər və pomidor tomatı
1.ç.q kəklikotu
"Azərduz" yodlu narın xörək duzu, istiot, pul bibəri
Zeytun yağı
Üzəri üçün:
Holland pendiri
Kərə yağı
Xəmiri yoğurub, mayalanmağa qoyuruq. Toyuğun döş ətini və soğanı ətçəkən maşında çəkirik. Duz, istiot, pul bibər və kəklikotunu da qatıb qarışdırırıq. Sonra pomidoru doğrayıb, tomatı yağı üzərinə tökərək yaxşıca qarışdırırıq.
Xəmiri 8 kündəyə bölürük və yayırıq. Daha sonra içlikdən içinə qoyub və bu formada bükürük.
240 dərəcədə bişməyə qoyuruq. Bişənə yaxın sobadan çıxarıb,üzərinə sürtkəcdən keçirilmiş holland pendiri tökürük və yenidən sobaya bişməyə qoyuruq. Pendir əridikdən sonra sobadan çıxarıb, qıraqlarına kərə yağı sürtürük.
Pidelərimiz hazırdır.
Nuş olsun!