Qadin.NET / Berline topları (foto resept)

Berline topları (foto resept)

Xəmiri üçün:

500 qr un

250 qr süd

80 qr kərə yağı

60 qr şəkər

1 paket maya

1 çimdik Azərduz yodlu narın xörək duzu

2 yumurta

1 paket vanil

1 limon (qabığını sürtkəcdən keçirin)

100 qr çiyələk cemi (topların için doldurmaq üçün)

Hazırlanması:

Un ələnir,şəkər,duz,limon qabığı,vanili əlavə edib əllə qarışdırın.

Kərə yağı,maya (əldə parçalayın),və yumurtanı əllə qarışdırın.

Süd ilıq olaraq isidilir,sonra hamısın bir qabda toplayıb biraz əllə qarışdırılır.Sonra isə mikserlə təxmini 5 dəq çalınır.Çalındıqdan sonra əllə yoğrulur,yumuşaq halda olmalıdır.

1-2 saat isti yerdə mayalanmağa qoyulur.1-2 saat sonra təkrar yoğurub,yenə də mayalanmağa qoyun.

Şəkildə gördüyünüz kimi acımalıdır. 

 


 

Xəmiri 1sm qalınlığında yayın və istədiyiniz formada kəsin.

40 dəq dinlənməyə qoyun ki,xəmir özünə gəlsin.yumuşaqlığını və havasını itirməsin.Belə olanda xəmir iki qat yumuşaq olur.

 

 

 

 

 

160C-də 2-3 dəqiqə hər iki üzün qızardın.İstənilən içlik qoya bilərsiniz.

 


 

 

 

Axırda üstünə pudra şəkəri əlavə edin. Berline toplarımız hazırdır.Nuş olsun!


14 oktyabr 2010
GO BACK