Qadin.NET / İspanaqlı-qızıl balıqlı piroq (foto resept)

İspanaqlı-qızıl balıqlı piroq (foto resept)

Tərkibi:

 300 qr sümüksüz qızıl balıq

200 qr ispanaq

5-6 ədəd yumurta

100 qr holland pendiri

150 qr un

130 ml süd

100 ml "Zeytun Bağları" zeytun yağı

50 qr "Wellington" kərə yağı

1 ç/q qabartma tozu

Duz, istiot

Hazırlanması:

İspanaq kərə yağında qovrulur.

 

Qızıl balıq doğranıb qızardılır.

Yumurta mikserdə çalınır, zeytun yağı və süd əlavə edib yaxşı çalınır.

 

Pendir sürtgəcdən keçirilir.
Bütün ərzaqlar dərin bir qabda qarışdırılır və yağlanmış formaya əlavə edilir. 

180 dərəcədə 45 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.

Piroqumuz hazırdır.

Nuş olsun!

 

(tərcümə edilib)

13 sentyabr 2013
GO BACK