Qadin.NET / Göbələkli, kartoflu piroq (foto resept)

Göbələkli, kartoflu piroq (foto resept)

Tərkibi:

100 q kəsmik

100 q "Wellington" kərə yağı

100 q qatıq

200 q un

0,5 ç.q soda

 Duz

İçlik üçün:

500 q istənilən göbələk növü

2-3 ədəd soğan

500-600 q katof püresi

250 q qatıq

2-3 ədəd yumurta

200 q holland pendiri

Şüyüd

 Duz, istiot 

Hazırlanması:

Yağ, kəsmik, un, duz qarışdırılıb ovulur.

Tədricən qatıq, soda qarışığı əlavə edib, yumşaq xəmir yoğrulur. Sellofana büküb dinlənməyə qoyulur.

Soğan xırda doğranılır, yağda qızardılır, doğranmış göbələk əlavə edib, bir yerdə qovrulur. 
Xırda doğranmış şüyüd, duz, istiot əlavə edilib qarışdırlır.
Kartof püresinə duz, istiot, yumurta, qatıq qarışığı əlavə edilir və yaxşıca qarışdırılır.
Pendiri sürtgəcdən keçirib, püre qarışığına əlavə edilib qarışdırılır.
Forma yağlanır, xəmir əlnən yayılır, üzərinə göbələkli içlik hərtərəfli yayılır.
Üzərinə kartoflu-pendirli qarışıq yayılır.
Sobada 180 dərəcədə, 40-45 dəqiqə hazır olana qədər bişirilir.
Hazır piroqu 15 dəqiqə üstü örtülü saxlamaq lazımdır.
Göbələkli kartoflu piroqumuz hazırdır. 
Nuş olsun!
                                                                                               (Tərcümə edilib) 
17 oktyabr 2013
GO BACK