Qadin.NET / Paratha - hind kökəsi (foto resept)

Paratha - hind kökəsi (foto resept)

Tərkibi:

2 stəkan un

2 x.q.bitki yağı

"Azərduz" yodlu narın xörək duzu

İlıq su


İçlik üçün:

5-6 ədəd orta boy kartof

Cəfəri

Keşniş

Göy soğan

Xama


 Hazırlanması:

Böyük bir qaba un, yağ,duz töküb su ilə bərk olmayan  xəmir yoğrulur.

 


Göstərilmiş ərzaqlardan 12 balaca kündə alınmalıdır.

Xəmir uzadılır və  təxminən yumurta böyüklüyündə balaca kündələrə bölünür.

Sonra kündələri bir qaba yığıb soyuducuda 1 saat saxlayırıq.

İndi isə içliyimizi hazırlayaq.Əvvəlcə kartoflar soyulur,bişirilir,yağla əzilir.

Kartofun üzərinə xırda doğranmış göy soğan,cəfəri və keşniş tökülür (istəsəniz başqa göyərtilərdən istifadə edə bilərsiniz).


Daha sonra bir qədər xama əlavə edib,duz,istiot vurub qarışdırırıq.

1 saat tamam olduqdan sonra kündələrimizi soyuducudan çıxarıb azca  yayırıq.


Sonra ortasına içlikdən bir qaşıq qoyuruq. İçliyin miqdarı xəmirin böyüklüyündən asılıdır, çalışın xəmiri çox böyük açmayın.

Sonra şəkildəki kimi boxca formasında bükülür.

Daha sonra onu tərsinə çeviririk, üzü ustə qoyub yayırıq.

Yaydıqda çalışın ki, içində hava qabarcıqları qalmasın. Çox yaymaq lazım deyil.

Sonra xəmirin bir üzünü duru yağla yağlayırıq.


Sonra tavanı ocağın üzərinə qoyub xəmirimizi yağlanan tərəfi üstə tavaya qoyuruq.Tavaya duru yağ tökmək lazım deyil.Daha sonra xəmirin bir üzü bişənə qədər fırça vasitəsilə o biri üzünü yağlayırıq.

Bir üzü bişdikdən sonra o biri üzünə çevirib qızardırıq.

Hind kökələrimiz hazırdır.

Nuş olsun!

17 fevral 2013
GO BACK