2 ədəd yumurta
100 qr. soyuq "Wellington" kərə yağı
1 armudu st. "Zeytun Bağları" zeytun yağı
1 armudu st.qatıq
1 paket qabartma tozu
1 paket vanel
1 ç.q.duz
3.5-4 st.un
İçi üçün:
Soyutma kartof
Soğan
Şüyüd və ya cəfəri
"Zeytun Bağları" zeytun yağı
Duz, istiot
Pul bibər
Üzəri üçün:
Yumurta sarısı
Günəbaxan ləpəsi
Hazırlanması:
Soyuq kərə yağı ilə unu blenderdən keçiririk, qalan ərzaqları üzərinə töküb xəmiri yoğururuq.
Soyutma kartofları əzirik, soğanı doğrayıb yağda qovururuq və əzilmiş kartofa qatırıq. Göyərtini də doğrayırıq, duz,istiot və pul bibərlə birlikdə kartofa əlavə edib qarışdırırıq.
Xəmiri yayırıq, stəkan və ya nəlbəki ilə kəsirik.
Üzərinə fırça ilə yumurta sarısı sürtün. Peraşkilərin tam orta qisiminə günəbaxan ləpəsi səpin.
175 dərəcəlik əvvəldən isidilmiş sobada üzərləri qızarana qədər bişirin.
"Günəbaxan" peraşkisi hazırdır.
Nuş olsun!