Tərkibi:
5 ədəd yuxa
Sousu üçün:
1 st.qazlı su
1 st.süd
1 ədəd yumurta
0.5 st. "Zeytun Bağları" zeytun yağı
Arasına:
500 qr.qiymə
2-3 ədəd baş soğan
"Azərduz" yodlu narın xörək duzu
İstiot
Hazırlanması:
Əvvəlcə keks qabını yağlayıb 2 yuxanı içərisinə qoyuruq.
Sousu hazırlamaq üçün qazlı su,süd,yumurta və yağı qarışdırırıq.
.
Soğanı ətçəkən maşında çəkib, duz və istiot vurub qiyməyə qatıb qovururuq.
Börəyi hazırlamaq üçün 1 yuxanı 2 yerə bölürük( 3 yuxanın da bu qayda ilə bölmək lazımdır ). Daha sonra yuxaları sousla isladıb qabın içinə qoyuruq.Yuxanın üzərinə qiymənin yarısın tökürük və sıra ilə qalan yuxaları bu qayda ilə edirik.Keks qabından qırağa çıxmış yuxalara sous və zeytun yağı sürtüb içəri qatlayırıq.
Bir gecə soyuducuda qaldıqdan sonra 175 C sobada üstü qızarana qədər bişiririk.
Börəyimiz hazırdır.
Nuş olsun...