Qadin.NET / Ciyərli rulet-pizza (foto resept)

Ciyərli rulet-pizza (foto resept)

Tərkibi:

4.5 st.un

Yarım st.duru yağ

"Azərduz" yodlu narın xörək duzu

1.x.q. maya

Su

İçi üçün:

Ağciyər

Kök

Soğan

"Bizim Tarla" soyulmuş pomidor

Kolbasa, sosiska

Konservləşdirilmiş qarğıdalı

Holland pendiri

"Azərduz" yodlu narın xörək duzu, istiot

Pul bibər

Duru yağ

Sousu üçün:

Pomidor

"Bizim Tarla" "Bizim Tarla" tomat pastası

Cəfəri

Duru yağ

Hazırlanması:

Xəmiri yoğurub mayalanmağa qoyuruq.

Sous üçün pomidoru xırda-xırda doğrayırıq. Üzərinə "Bizim Tarla" tomat pastası və doğranmış cəfəri əlavə edirik. Yağ əlavə edib bir qədər bişiririk.

Suda bişmiş ağciyəri ət maşınında çəkirik. Üzərinə doğranmış soğan və sürtkəcdən keçrilmiş kökü əlavə edib bir az qovururuq. Pomidoru da doğrayıb üzərinə tökərək bişiririk.

 Daha sonra sosiska və kolbasanı doğrayıb ciyərin üzərinə tökürük, duz-istiot, pul bibər əlavə edərək bir az qovurub götürürük.

Xəmiri böyük yayırıq.  Üzərinə sous sürtürük.

Onun üzərindən də ciyəri yayıb qarğıdalını tökürük.

 

Ən sonda holland pendirini sürtkəcdən keçirib onun üzərinə tökürük və rulet kimi  bükürük.

 

Ruleti 2 barmaq qalınlığında kəsirik. Yağlanmış listə yığıb yarım saat qaldıqdan sonra 200 dərəcədə bişiririk.

Ciyərli pizzamız hazırdır.

Nuş olsun!

14 aprel 2013
GO BACK