Qadin.NET / Toyuq qutabı (foto-resept)

Toyuq qutabı (foto-resept)

Tərkibi:

Xəmir üçün:

3 st. un

Su

"Azərduz" yodlu narın xörək duzu

 

İç üçün: 

300-400 qr. toyuq filesi

1 ədəd iri quru soğan

0.5 st. su

Qızartmaq üçün bitki yağı.

 

Hazırlanması:

Əvvəlcə xəmiri yoğurub qoyuruq bir kənara.

 

Toyuq qutabı (foto-resept)


Sonra fileni və soğanı ət maşınında çəkirik.Duz,istiot və su vurub qarışdırırıq.

 

Toyuq qutabı (foto-resept)


Xəmirimizi kiçik kündələrə ayırıb yayırıq.

 

Toyuq qutabı (foto-resept) 

Bir tərəfinə içdən 1 xörək qaşığı yayıb,bağlayırıq.Kənarlarını çəngəllə yapışdırırıq ki, açılmasın.Həm də havası çıxsın deyə çəngəli qutabların üzərinə bir neçə yerdən batırırq. 

Toyuq qutabı (foto-resept)


Toyuq qutabı (foto-resept) 

Tavaya bol yağ töküb qızdırırq və qutablarımızı qızardırıq. 

Toyuq qutabı (foto-resept)


Toyuq qutabı (foto-resept)


Qızarmış qutabları ilk öncə salfetka üzərinə qoyuruq ki,yağı çəksin.

 

Toyuq qutabı (foto-resept)

Daha sonra üst-üstə yığırıq. 

Toyuq qutabı (foto-resept) 

Süfrəyə verərkən istəyə görə sumaqla vermək olar.

Nuş olsun!

Toyuq qutabı (foto-resept)
13 dekabr 2012
GO BACK