4 st.un
Yarım st. "Zeytun Bağları" zeytun yağı
Yarım st. qatıq
1.x.q. maya
Su
"Azərduz" yodlu narın xörək duzu
İçi üçün:
Kolbasa
Sosiska
Konservləşdirilmiş qarğıdalı
Keşniş
Şüyüd
Pomidor və bibər tomatı
Ketçup
Duru yağ
2 diş sarımsaq
Holland pendiri
Üzəri üçün:
Holland pendiri
Ketçup
Hazırlanması:
Yumşaq xəmir yoğurub mayalanmağa qoyuruq. Mayalandıqdan sonra kündələyirik.
Kolbasa və sosiskanı doğrayırıq, qarğıdalını yuyuruq.
Tomatla ketçupu qarışdırırıq, sarımsağı sürtkəcdən keçirib üzərinə göyərtini doğrayıb tökürük. Bunları yağa töküb bir az qovururuq.
Və bütün ərzaqları qarışdırırıq.
Holland pendirini də sürtkəcdən keçiririk.
Bir kündəni balaca yayırıq, arasına hazır içlikdən qoyub üzərinə holland pendiri qoyuruq.
Xəmirin ağzını bu formada bururuq.
Üzərinə ketçup çəkirik, sonra yenidən holland pendiri tökürük. Yarım saat saxladıqdan sonra 200 dərəcəli sobada bişiririk.
Bulka pizzamız hazırdır.
Nuş olsun!