Qadin.NET / Ətli-pendirli piroq (foto resept)

Ətli-pendirli piroq (foto resept)

Tərkibi:

1 ədəd hazır qat-qat xəmir

500 qr çəkilmiş ət

 1 ədəd soğan

2 ədəd yumurta (1-i ətin yumşaq olması üçün içliyə əlavə edilir, digəri isə piroqun üzərinə çəkilir) 

200 qram bərk ağ pendir

1 dəstə qarışıq göyərti (cəfəri, şüyüd, keşniş)  

 

Hazırlanması:

Əvvəlcə soğanı xırda-xırda doğrayıb qızılı rəng alana qədər bitki yağında qızardırıq. 

 

Ətli-pendirli piroq (foto resept) 

 

Üzərinə çəkilmiş əti əlavə edib tam hazır olana qədər bişiririk. 

 

Ətli-pendirli piroq (foto resept) 

 

Daha sonra sürtgəcdən keçirilmiş pendir, doğranmış göyərti və yumurtanı da ətin üzərinə əlavə edib, qarışdırırıq. İçliyimiz hazırdır. 

 

Ətli-pendirli piroq (foto resept) 

 

Xəmirin yarısının soba qabının içərisinə yayırıq.

 

Ətli-pendirli piroq (foto resept)

 

Üzərinə içliyi əlavə edirik.

 

Ətli-pendirli piroq (foto resept)
  

 Xəmirin qalan hissəsini içliyin üzərinə qoyub kənarlarını bərkidirik. Xəmirin orta hissəsini bişərkən buxarı çıxsın deyə bıçaqla X şəklində səliqə ilə kəsirik.  

Sonda piroqun üzərinə yumurta çəkib öncədən isidilmiş 180 dərəcəlik sobada 35-40 dəqiqə bişiririk. 

 

Ətli-pendirli piroq (foto resept)
  

Piroqumuz hazırdır. 

 

Ətli-pendirli piroq (foto resept)

 

Nuş olsun!

8 yanvar 2013
GO BACK