Tərkibi:
5 st.un
3 ədəd yumurta ( 2-nin sarısın üzəri üçün götürmək )
2 x.q. qatıq
2 x.q. ərinmiş kərə yağı
1 armudu st. duru yağ
1 st. süd
1 x.q.droj
1 ç.q. "Azərduz" yodlu narın xörək duzu
Apardığı qədər su
İçi üçün:
Soyutma kartof
1 soğan
Şüyüd və ya kişniş
Duru yağ
"Azərduz" yodlu narın xörək duzu, istiot
Üzərinə yumurta sarısı
Hazırlanması:
Ərzaqları qarışdırıb, xəmir yoğurub mayalanmağa qoyuruq.
Soyutma kartofu əzib,sonra soğanı doğrayıb yağda qovururuq. Daha sonra göyərtiləridə doğrayırıq, duz istiot qatıb hamsını qarışdırırıq.
Xəmiri 24 kündəyə bölürük və bu formada yayırıq.
Daha sonra bu formada kəsmək, içinə hazır içlikdən qoymaq və hörgü kimi bükmək lazımdır.
Listə yığmaq, üzərinə yumurta sarısı çəkmək, 180 dərəcəlik qızdırılmış sobada bişirmək lazımdır.
Hörgülü peraşkimiz hazırdır.
Nuş olsun!