Tərkibi:
1 st süd
1 st duru yağ
Yarım st. su
Yarım st. sirkə
1 ç.q.Azərduz yodlu narın xörək duzu
Yarım ç.q.soda
Apardığı qədər un
İçi üçün:
2 dəstə keşniş
2 dəstə şüyüd
1 dəstə kəvər
Azərduz yodlu narın xörək duzu, istiot
Yağ
Ağ pendir (yağlı)
Üzəri üçün:
Yarım st. zeytun yağı
2.x.q. kərə yağı
Yaymaq üçün:
Qarğıdalı nişastası
Hazırlanması:
Ərzaqların hamsın qarışdırıb xəmir yoğururuq (sodanı sirkə ilə söndürmək lazımdır).
22 kündəyə ayırırıq.
Göyərtiləri yaxşıca yumaq, doğrayıb yağda qovurmaq, istiot və duz vurmaq lazımdır.
Kündələri 2 yerə bölmək lazımdır. 11 kündəni nişasta töküb boşqab boyda yayırıq.Sonra üst-üstə qoyub hamsın bir yerdə yayırıq.
Sonra listin içinə qoyub üzərinə əvvəlcə göyü yayırıq. Sonra doğranmış pendiri tökürük.
2-ci hissə xəmiri də bu formada edib pendirin üzərindən qoyuruq.
Dördkünc formada kəsib üzərinə yağ sürtürük.
200 dərəcədə üzəri qızarana qədər bişiririk.Börəyimiz hazırdır.
Nuş olsun!