Qadin.NET / Qiyməli və pendirli boxça börəyi (foto resept)

Qiyməli və pendirli boxça börəyi (foto resept)

Tərkibi:

1 paket qat-qat xəmir
İçi üçün:
Pendir (ovulmuş)
Şüyüd 
Qiymə
Üzəri üçün:
2 ədəd yumurtanın sarısı
Küncüt
Hazırlanması:
Pendiri ovuruq, şüyüdü doğrayıb ona qatırıq və qarışdırırıq. Qiyməyə də şüyüd doğrayıb qarışdırırıq.

Qat-qat xəmiri 2 yerə bölürük.

Arasına qiymə və pendir qoyuruq
 Bu formada bükürük
Üzərinə yumurta sarısı və küncüt vururuq. 
Listə yığıb 200 dərəcəyədək qızdırılmış sobada bişiririk
Qiyməli və pendirli boxça börəyi hazırdır.
Nuş olsun! 
21 iyul 2013
GO BACK