Qadin.NET / Sosiskalı, kartoflu zərf börəyi (foto-resept)

Sosiskalı, kartoflu zərf börəyi (foto-resept)

Tərkibi: 
Xəmiri üçün:
3 ədəd yumurta ( 1-nin sarısın üzərinə )
1 armudu st. duru yağ
1 st.  qatıq
1 x.q. maya
Un
Azərduz yodlu narın xörək duzu

İçliyi üçün:
10 soyutma kartof
5 sosiska
2 acı bibər
2 soğan
Azərduz yodlu narın xörək duzu
Qara istiot
Duru yağ
Üzərinə yumurta sarısı, küncüt 

Hazırlanması:

Xəmiri yoğurub mayalanmağa qoyuruq.

Soğanı, bibəri, sosiskanıda xırda-xırda doğrayrıq.

Tavaya duru yağ töküb soğanı qovururuq.
Soğan qovrulana yaxın acı bibərin və sosiskasın qatıb yenidən qovururuq. 
Kartofu sürtgəcdən keçirib duz və istiotun əlavə edib tavaya töküb 1 az qovurub götürürük.
Mayalanmış xəmiri kündələrə bölüb boşqab böyüklüyündə yayırıq. 
 
Hazır içlikdən içinə qoyub zərf kimi bükürük. 
Üzərinə yumurta sarısı çəkib küncüt töküb 200 dərəcədə üzəri qızarana kimi bişiririk.

Zərf börəyimiz hazırdır
 
Nuş olsun!

25 iyul 2012
GO BACK