Qadin.NET / Toyuqlu boxça (foto-resept)

Toyuqlu boxça (foto-resept)

Lazım olan ərzaqlar:

Xəmir üçün:

1 st. ilıq süd

0.5 st duru yağ

2 ədəd yumurta (2-cisinin sarısını üzəri üçün ayırırıq)

1 x.q şəkər tozu

1 ç.q quru maya

Apardığı qədər un

 

Azərduz yodlu narın xörək duzu

 

İçlik üçün:

toyuq filesi

1 ədəd iri baş soğan

2 ədəd orta boy kök

 

Azərduz yodlu narın xörək duzu, istiot

 

Hazırlanması:

Xəmir üçün lazım olan ərzaqları qatıb,xəmir yoğururuq, qoyuruq kənara mayalansın.


 

 

İndi isə içliyimizi hazırlayaq. Soğanı xırda-xırda doğrayırıq, kökü sürtgəcdən keçiririk.


 

Toyuğu suda bişirib, didirik.

 

İlk əvvəl toyuğu duru yağda qovururuq. Toyuq qovruluqdan sonra soğanı da əlavə edib yaxşıca qovururuq.


Sonda kökü də əlavə edib qovururuq


Köklər də yaxşı qovrulduqdan sonra duz, istiot vurub içliyimizi götürürük. İçliyimiz artıq hazırdır.

 

Budur xəmirimiz artıq mayalanıb.

 Başlayaq boxçalarımızı hazırlamağa. Kündəni dördkünc formada açırıq, içliyi ortasına qoyub,

 

bu formada bükürük


Üzərini yumurtalayıb (istəyən küncüt də vura bilər) 180 dərəcə qızdırılmış sobaya qoyuruq.

Mən bəzilərini də bu formada etdim. (Qeyd edim ki bu formanı Pərvanə xanımdan öyrənmişəm)

Budur, toyuqlu boxçalarımız hazırdır.
 

NUŞ OLSUN!!!

 

 

8 fevral 2012
GO BACK