Qadin.NET / Gürcü xingəli (foto resept)

Gürcü xingəli (foto resept)

Tərkibi:
Xəmir üçün:
3 st. un
1 st.su

1 yumurta
duz
İç üçün:
250 qr yağlı qoyun əti


200 qr mal əti
3 baş soğan
Su
Qırmızı və qara istiot
duz


Hazırlanması:
Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.
İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir, duz və istiotlat vurulur. Xəmir kiçik hissələrə ayrılır,kündələnir.
Hər kündə yayılaraq içinə qiymə qoyulur.
Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz.


Xəmirin kənarı şəkildə göstərildiyi qaydada bükülür.
Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir.
Nuş olsun!

22 noyabr 2020
GO BACK