Qadin.NET / Ətli pirojnalar və suxarili pendir çubuqları

Ətli pirojnalar və suxarili pendir çubuqları

Ətli pirojnalar


Lazım olan ərzaqlar

Xəmiri üçün:

400 qr un

1 ç.q quru maya

1 x.q şəkər tozu

2 x.q ərimiş yağ

1 yumurta

130 ml su

Azərduz yodlu narın xörək duzu


İçlik  üçün:

600-700 qr toyuq və ya mal əti

1 ədəd bişmiş yumurta

50 qr kərə yağı


Hazırlanması:

Öncə içlik hazırlanır.


Xəmir kündələnir,yayılır.
İçinə içlik  qoyulur.
İki tərəfdən bukulur.
Qıraqlarına bir az forma vermək olar. Daha sonra üzərinə yumurta sarısı çəkilərək sobaya qoyulur. 200 dərəcədə 15-20 dəqiqə bişirilir.

Ətli pirojnalar və suxarili pendir çubuqları
Nuş olsun!
Suxarili pendir çubuqları

Lazım olan ərzaqlar:

2-4 qaşıq un

2-3 qaşıq suxari

1 ədəd yumurta

200-300 qr möhkəm holland pendiri

 

 

Hazırlanması:

Suxari üyüdülur.

Pendir uzun-uzun doğranılır, 30 dəqiqəlik soyuducuya qoyulub dondurulur.

 

 

Sonda  pendiri dondurucudan çıxardıb, əvvəl yumurtaya, sonra una, daha sonra suxariyə batıraraq tez bir zamanda tavada qızardılır. 


Nuş olsun!

 

 

8 yanvar 2012
GO BACK