Qadin.NET / Pendirli simit (video-resept)

Pendirli simit (video-resept)

 

Tərkibi:

1 su st ilıq su

1 çay st duru yağ

1 çay st süd

1 ədəd yaş maya

1 ç/q şəkər

1 ç/q duz

2 y/q sirkə

4 su st un + yarım çay st un

 

İç üçün:

kaşar pendiri

 

Üstü üçün:

1 su st susam

yarım su st doşab+ yarım su st su qarışımı

 

 

Pendirli simit (video-resept)

 

Hazırlanması:

1 su stəkanı ilıq suyun içində yaş mayanı əzin və 5 dəqiqə gözləyin.

Yoğurma qabına 3 su stəkanı unu əlavə edin. Maya, süd və duru yağ əlavə edərək yoğurun.

Duz, şəkər, sirkə və 1 su stəkanı daha unu əlavə edərək yoğurmağa davam edin. (vəziyyətə görə yarım çay stəkanı daha un əlavə edin)

Xəmiri hazırlayıb üstünü dəsmalla örtün. 30 dəqiqə ilıq yerdə saxlayın. 

Mayalanan xəmirinizi mandalin böyüklüyündə kündələrə ayırın.

Azca açın, ortasına iki parça pendir qoyun və örtün.

Hazırladığınız simidi əvvəlcə doşaba sonra da susama batırın.

Kağız sərilmiş soba listinə 3-4 sm aralıqda düzün. Listdə 15 dəqiqə mayalanmağa qoyun.

Bıçaqla simitlərin üstünə 1-2 cızıq atın.

200 dərəcə əvvəlcədən isidilmiş sobada qızarana qədər (təxminən 15 dəqiqə) bişirin.

10 may 2020
GO BACK