Tərkibi:
4,5 su st un (450 qram)
1 su st + yarım su st süd
2 y/q alma sirkəsi
1 ç/q karbonat (5 qram)
1 ç/q qabartma tozu (5 qram)
1 ç/q duz
1 ç/q toz şəkər
Hazırlanması:
Südə sirkə əlavə edin və qarışdırın.
Unu dərin qab içinə alın, üstünə karbonat, qabartma tozu, toz şəkər və duzu əlavə edərək qaşıqla qarışdırın.
Südü əlavə edərək qarışdırın və xəmir qaşığı tutanda təzgaha alıb əlinizlə toparlayaq yoğurun.
Xəmiri yağlı kağız sərdiyiniz soba qabına və ya listə qoyun. Bıçaq köməyi ilə üstündən dərin cızıq atın.
200 dərəcə əvvəlcədən isidilmiş sobada 25-30 dəqiqə qızarana qədər bişirin.
Bişən çörəyi soyumağa qoyun.
Soyuyub özünü çəkən çörəyi dilimləyərək servis edin.