Qadin.NET / Pendirli poğaça (video-resept)

Pendirli poğaça (video-resept)

 

Tərkibi:

1 ədəd yumurta

1 çay st zeyun yağı

1 çay st kərə yağı

2 çay st qatıq

1 paket instant maya

ç/q duz

1,5 ç/q toz şəkər

5,5 su st un

 

Pendirli poğaça (video-resept)

 

Hazırlanması:

Yumurtanın ağını və sarısını ayırın. (ağı xəmiri, sarısı üstünə) Yumurta ağı, qatıq, zeytun yağı və otaq istiliyindəki kərə yağını birlikdə yoğurma qabına alıb yaxşıca qarışdırın.

Üstünə 4 su st unu, maya, toz şəkər və duzu əlavə edərək yoğurmağa başlayın.

Qalan 1,5 su stəkanı unu əlavə edərək yoğurun.

Xəmiri 30 dəqiqə qədər saxlayın və mandalin böyüklüyündə parçalar qoparın və əlinizlə kündələyin.

Xəmirləri əlinizlə basdırın, ortasına pendir qoyun və qatlayaraq örtün. Uclarını basın ki, bişərkən açılmasın.

Yağladığınız soba listinə 3-4 sm aralıqlarla düzün. Üstlərinə yumurta sarısı çəkin və çörəkotu səpin.

180 dərəcə əvvəlcədən isitdiyiniz sobada altı və üstü qızarana qədər bişirin.


30 mart 2020
GO BACK