Qadin.NET / İsveç çörəyi "VETEBRÖD"

İsveç çörəyi "VETEBRÖD"

İsveç çörəyi "VETEBRÖD"


Bu çörək qatlama üsulunu, İsveçə aid, hilli çörək reseptində gördüm. Hil İsveç və Finlandiyada xəmir işlərində tez-tez istifadə olunan bir məhsuldur.Əslində belə reseptlər haqqında xanımlarımızın da məlumatının olmasını istədim. Jane Manyarda bu gözəl şəkilli resept üçün təşəkkür edək. Bu çörəyin İsveç tərəfdə adı "Vetebröddür".

Gəlin birlikdə çörək qatlama sənətini öyrənək...

Tərkibi:
- 2.5 su stəkanı süd
- 4 çay qaşığı quru maya
- 1 stəkan şəkər
- 8 su stəkanı ələnilmiş un
- 1 su stəkanı kərəyağı
- Yarım çay qaşığı Azərduz yodlu narın xörək duzu
- 20 dənə hil və ya 3 çay qaşığı üyüdülmüş hil
- 1 çırpılmış yumurta
- Dörddəbir stəkan toz şəkər (yuxarıdakından ayrı)
- 1/3 su stəkanı incə kəsilmiş badam

Hazırlanması:

Südü qaynadın və ılınması üçün bir kənara alın. Bir kasaya mayanı qoyun, üzərinə yarım su stəkanı ilıq südü əlavə edib, maya əriyənə qədər qarışdırın. Geri qalan südü və dörddəbir stəkan şəkəri də əlavə edin. Ardından unun 3 stəkan qədərini əlavə edib, hamar olana qədər qarışdırın. Əldə etdiyiniz xəmirin üzərini bağlayın və bir saata qədər dinləndirin.

Üzərinə qalan şəkəri, ərimiş ılınmış kərəyağını və duzu əlavə edin. Hilin incə qabıqlarını soyaraq, xırdalana qədər əzin. Xəmirə hili və 4.5 stəkan qədər daha unu əlavə edin. Geriyə qalan yarım stəkan unu isə dəzgaha səpin. Xəmiri hamar olana qədər yaxşıca yoğurun. Yenə üzərini örtüb, bir saata qədər dinlənməsi üçün buraxın.

Çörəyi istər kiçik parçalar halında, istəsəniz də böyük bir parça halında kündələyin. Bunun üçün, istədiyiniz kimi parçalar qopardıb, yağlı kağız sərdiyiniz bir nimçəyə düzün. Üzərinə çırpılmış yumurtadan sürtün və yüngülcə toz şəkər və incə kəsilmiş badam səpin. Bu şəkildə də, 30-40 dəqiqə gözlədin. Kündələr gələrək 2 qat böyüyəcək. Ardından, 200 dərəcə sobada 12-15 dəqiqə bişirin. (Əgər aşağıdakı kimi böyük bir çörək edəcəksinizsə, 175 dərəcədə 30 dəqiqədə bişirməniz məsləhətdir. )

Çörəyə necə forma verəcəksiniz?

Əvvəlcə xəmiri iki parçaya ayırın və düzbucaqlı formaya gətirin. Xəmiri, mümkün olduqca incə bir düzbucaqlı formasında açın. Nə qədər incə etsəniz, o qədər yaxşı bişəcək.

İsveç çörəyi "VETEBRÖD"


Xəmiri gözünüzlə üç bərabər parçaya ayırın. Kənardakı parçaları, şəkildəki kimi incə incə kəsin. Diqqət yetiriləcək nöqtə: Kəsdiyiniz saçaq sayı tək ədəd olmalıdır.

İsveç çörəyi "VETEBRÖD"


Çörəyin bir tərəfindən başlayaraq, parçaları üst-üstə gətirərək, hörgü forması verməyə başlayın. Saçaqlar bitənə qədər, çörəyin üzərini hörün.

İsveç çörəyi "VETEBRÖD"

 

İsveç çörəyi "VETEBRÖD"

 

İsveç çörəyi "VETEBRÖD"

 

İsveç çörəyi "VETEBRÖD"


Nuş olsun! smile

4 iyun 2010
GO BACK