Qadin.NET / Mayasız, qatıqlı pişi (foto-resept)

Mayasız, qatıqlı pişi (foto-resept)

 

Tərkibi:

1 çay st qatıq

1 su st su

1 ç/q qabartma tozu

4-4,5 su st un

1 çimdik duz

 

qızartmaq üçün: 

duru yağ

 

Hazırlanması:

3 su stəkanı una su, qatıq, qabartma tozu və duzu əlavə edərək yaxşıca qarışdırın.

1 stəkan daha unu az-az əlavə edərək yoğurmağa başlayın.

Ələ yapışmayan xəmir əldə edənə qədər az-az un əlavə edərək yoğurmağa davam edin.

Mayasız, qatıqlı pişi (foto-resept)

Hazırladığınız xəmirin üstünə parça örtərək 10-15 dəqiqə qırağa qoyun.

Sonra xəmiri 1-2 sm qalınlığında açın. Bıçaq, qəlib və ya stəkan köməkliyi ilə istədiyiniz böyüklükdə parçalara ayırın.

Əvvəlcə qızdırdığınız bol yağda qızılı rəng alana qədər qızardın.

Mayasız, qatıqlı pişi (foto-resept)

Qızaran xəmirləri kağız dəsmalın üstünə qoyun və servis edin.

Mayasız, qatıqlı pişi (foto-resept)

 

23 mart 2020
GO BACK